Bakı. Trend:
İngiltərə Premyer Liqasının 21-ci turunda “Çelsi” komandası
səfərdə “Fulhem”ə 2-1 hesabı ilə məğlub olub.
Trend-in məlumatına görə, qalib komandanın heyətində qolları
Raul Ximenes (55-ci dəqiqə) və Harri Uilson (81), məğlub komadadan
isə Liam Delap (71) fərqıənib. 22-ci dəqiqədən etibarən müdafiəçi
Mark Kukurelyanın meydandan qovulması səbəbindən “Çelsi” on nəfərlə
oynayıb.
Qeyd edək ki, “Çelsi” Liam Roseniorun rəhbərliyi altında ilk
oyunu keçirib. İngilis məşqçi 6 yanvarda baş məşqçi təyin olunub və
2032-ci ilə qədər müqavilə imzalayıb. O, bu vəzifədə italiyalı Enzo
Mareskanı əvəzləyib.

