“Barselona” İspaniya Super Kubokunun finalına yüksəlib

Baş səhifə

Bakı. Trend:

İspaniya Super Kubokunun yarımfinal mərhələsində “Barselona”
futbol klubu “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub edib.

Trend-in
məlumatına görə, turnir Səudiyyə Ərəbistanında keçirilir.




Qolları Ferran Torres (22-ci dəqiqə), Fermin Lopes (30), Runi
Barqi (34) və Rafinya (38, 52) vurublar.

Finalda “Barselona” 8 yanvarda keçiriləcək “Real Madrid” və “Atletiko Madrid” matçının qalibi ilə qarşılaşacaq. Final isə
yanvarın 11-də keçiriləcək.