Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb

Baş səhifə
Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb

Füzuli və Cəbrayıl rayonları ərazisində yanğınlar qeydə alınıb.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi xəbərə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində kolluq sahədə başlayıb.

Yanğın daha sonra genişlənərək Füzuli rayonunun Mirzənağılılar və Qazaxlar kəndi ərazilərinə də yayılıb. Yerli sakinlərin verdiyi məlumata görə, yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə yayılıb.

Əraziyə FHN-nin Füzuli rayonunun iki, Cəbrayıl rayonunun iki yanğınsöndürən briqadası cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.