ABŞ Venesuela hakimiyyəti ilə sıx əlaqədədir – Ağ Ev

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası Venesuela hakimiyyəti ilə sıx
əlaqədədir.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi
Kerolayn Livitt deyib.




“Venesuelaya gəldikdə, Tramp administrasiyası Dövlət Katibi
Marko Rubio, Vitse-prezident Cey Di Vens və prezidentin bütün milli
təhlükəsizlik komandasının koordinasiyası altında Venesueladakı
müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədədir”, – deyə o
bildirib.