ABŞ Venesuela nefti daşıyan “Sophia” tankerini saxlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ heç bir konkret ölkəyə məxsus olmayan Venesuela nefti
daşıyan daha bir tanker olan, “Sophia” adlı tankeri saxlayıb.

Trend-in
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt
brifinqdə bildirib.




Onun sözlərinə görə, yanvarın 7-də ABŞ “Sofiya adlı başqa bir
tankeri saxlayıb; əməliyyat Pentaqon və ABŞ Daxili Təhlükəsizlik
Departamenti tərəfindən birgə həyata keçirilib”.

“Bu, “kölgə” donanmasından olan, sanksiyalı milli olmayan bir
tankerdir və [saxlanma] heç bir insident olmadan baş verib”, – deyə
K.Livitt qeyd edib.