
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin noyabr ayından
bu günədək 75 uşaq himayədar ailələrə verilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər
Agentliyindən məlumat verilib.
Bildirikib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq
Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın
himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb:
“Himayədar ailələrə verilən uşaqlardan 33-ü oğlan, 42-i
qızdır.
Qeyd edilən 75 uşaqdan 38-i hazırda Bakı şəhərində, 4-ü
Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada – 1,
Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3,
Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4,
Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1
ailə) ailələrdə yaşayırlar”.


