
ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya bayrağı altında üzən “Marinera” gəmisini yanvarın 7-də Moskva vaxtı ilə təxminən saat 15:00-da ələ keçirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmi ilə əlaqə kəsilib. 24 dekabr 2025-ci ildə “Marinera” gəmisi Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq verilmiş Rusiya dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb.
“1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq, açıq dənizlərdəki sularda naviqasiya azadlığı tətbiq olunur və heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur”,- Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilib.


