Avropa və ABŞ-də elektrikli avtomobil satışları artıb: Çində isə azalıb

Baş səhifə

Bakı. Trend:

İsveçin “Volvo Cars” şirkəti 2023-cü ilin dekabr ayında
satışlarının 2% artaraq 75.049 avtomobilə çatdığını açıqlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, artım əsasən Avropa və ABŞ-də tam
elektrikli modellərə tələbatın yüksəlməsi ilə əlaqələndirilir.

Şirkət dekabrda tam elektrikli avtomobil satışlarının illik
müqayisədə 28% artdığını, bu göstəricinin Avropada 33%, ABŞ-da isə
43% təşkil etdiyini bildirib.




Çində isə elektrikli modellərin satışında 80%-lik ciddi azalma
müşahidə olunub. Ümumilikdə elektrikli avtomobil satışları 6% artsa
da, elektrikli hibrid modellərə marağın azalması bu artımı
məhdudlaşdırıb.

Şirkət 2023-cü il ərzində ümumilikdə 710.042 avtomobil satıb. Ən
böyük bazarları isə Çin, ABŞ, Böyük Britaniya, Almaniya və İsveç
olub.