Azərbaycandan Ermənistana neft məhsulları tədarük olunacaq – BU TARİXDƏ

Baş səhifə

Bakı. Trend:

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı
yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının
növbəti tədarükü həyata keçiriləcək.

Trend xəbər verir ki,
daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı
benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin
daxildir.




Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti
SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün
Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona
yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük
qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası
istiqamətində yola salınıb.