
Bakı. Trend:
Türkiyənin “Beşiktaş” klubunda ayrılıq gerçəkləşib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi Qabriel Paulista ilə
yollarını ayırıb. Braziliyalı futbolçu ailəvi səbəblərə görə
ölkəsinə qayıtmaq istəyib.
Klub Paulistanın istəyinə müsbət reaksiya verib. 35 yaşlı mərkəz
müdafiəçisinin “Kruzeyro”yaa keçəcəyi gözlənilir.
Qeyd edək ki, Qabriel Paulista 2024-cü ilin yayından “Beşiktaş”da çıxış edirdi.


