“Kəpəz” Veysəl Rzayevin transferini açıqlayıb

Baş səhifə
Kəpəz Veysəl Rzayevin transferini açıqlayıb

“Kəpəz” Veysəl Rzayevin transferini açıqlayıb.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən bildirilib.

V.Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. Bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol vurub. O, ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.