
Bakı. Trend:
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası 2026-cı ilin
birinci rübünə planlaşdırılıb.
Bu barədə Trend-in
sorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindən
bildiriblər.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasının bu ilin
1-ci rübü ərzində keçirilməsi nəzərdə tutulur. Tədbirin
gündəliyinin hazırlanması ilə bağlı işlər görülür”,- deyə qurumdan
bildirilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası
4 aprel 2025-ci il tarixində keçirilib.
Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan Avropaya təbii qazın
nəqlini təmin edir.
CQD üç əsas boru kəməri sistemindən ibarətdir: Cənubi Qafqaz
Boru Kəməri (SCP), Trans-Anadolu Boru Kəməri (TANAP) və
Trans-Adriatik Boru Kəməri (TAP).
Dəhlizin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr
təşkil edir və 20 milyard kubmetrədək artırıla bilər.


