“Araz-Naxçıvan”ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib

Baş səhifə
Araz-Naxçıvanın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib

Hazırlığını gündə 2 məşqlə davam etdirən “Araz-Naxçıvan”ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.

Bu barədə “Report”a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq və saat 15:30-da başlayacaq.

Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da “Qəbələ”yə qarşı keçirəcək.

Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.