
Tərtər. Trend:
Tərtərdə yük avtomobili yanıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, “QazEl” markalı yük avtomobili
anidən alovlanıb.
Yanğın nəticəsində qısa müddətdə yük avtomobilinin kabin hissəsi
yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən bölməsinin əməkdaşları cəlb
olunub. Yanğın söndürülüb və ətrafdakı avtomobillərə keçməsinin
qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.

