
Bakı. Trend:
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta
ehtiyatları 11,515 milyard ABŞ dolları təşkil edib.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 81,1
milyon ABŞ dolları və ya 0,7% çoxdur.
Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 555,4
milyon ABŞ dolları və ya 5,1% artıb.


