“Hyundai” “Atlas” insanabənzər robotunu təqdim edib

Baş səhifə

Bakı. Trend:

“Hyundai” avtokonserninə məxsus “Boston Dynamics” şirkəti
Las-Veqasda keçirilən CES 2026 sərgisində ilk dəfə “Atlas” adlı
insanabənzər robotunu nümayiş etdirib.

Trend xəbər verir
ki, bu barədə 1news.co.nz məlumat yayıb.




Məlumata görə, təqdimat zamanı “Atlas” müstəqil şəkildə yerindən
qalxıb, səhnədə rahatlıqla addımlayıb, tamaşaçılara əl edib,
həmçinin gövdəsini və başını sərbəst şəkildə hərəkət etdirə bilib.
Robot uzaqdan mühəndis tərəfindən idarə olunsa da, real iş
şəraitində “Atlas”ın müstəqil şəkildə yeriyəcəyi və ona tapşırılan
funksiyaları yerinə yetirəcəyi bildirilir.

Qeyd olunur ki, “Atlas” əsasən sənaye sahəsində istifadə üçün
nəzərdə tutulub. Gözləntilərə əsasən, 2028-ci ildən etibarən robot
ABŞ-ın Corciya ştatında yerləşən “Hyundai” avtomobil zavodunda
elektromobil istehsal prosesinə yardım edəcək.