Venesuelada həlak olanların xatirəsinə yeddi günlük matəm elan olunub

Baş səhifə

Bakı. Trend:

Venesuelada həlak olanların xatirəsinə yeddi günlük matəm elan
edilib.

Trend xəbər verir
ki, bunu Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes VTV
telekanalında çıxışı zamanı bildirib.

O bildirib ki, müvafiq qərar Venesuelanı və Prezident Nikolas
Maduronu müdafiə edərkən həyatlarını itirən gənc kişi və qadınların
xatirəsinə hörmət əlaməti olaraq qəbul edilib.




“Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərkən
həyatlarını qurban verən gənc kişi və qadınların xatirəsinə yeddi
günlük matəm elan etmək qərarına gəldim”, – deyə Rodriqes qeyd
edib.

Xatırladaq ki, daha əvvəl Kuba hökuməti ABŞ tərəfindən həyata
keçirilən əməliyyat zamanı 32 kubalı zabitin həlak olduğunu
açıqlamışdı.