
Bakı. Trend:
Yerusəlimdə avtobusun çağırış qanununa qarşı etirazçıların
üzərinə sürülməsi nəticəsində bir nəfər ölüb, bir neçə nəfər
yaralanıb.
Trend xəbər verir
ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Polis hadisə zamanı avtobus sürücüsünü həbs edib. Yaralılardan
biri xəstəxanaya yerləşdirilib, digərinin vəziyyəti barədə məlumat
verilmir.
Hadisə çərşənbə axşamı ultra-ortodoks yəhudilərin çağırış
qanununa etiraz məqsədilə təşkil etdiyi nümayiş zamanı baş verib.
Etiraz Knessetin (İsrail parlamenti) geniş hərbi xidmət
müavinətləri təmin edəcək qanun layihəsini bloklaması fonunda
keçirilib. Portalın məlumatına görə, mitinqlərdə bir neçə yüksək
vəzifəli ravvin də daxil olmaqla 10 mindən çox insan iştirak
edib.


