Bakı. Trend:
Futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu
keçirilib. “Fənərbağça” finala gedən yolda “Samsunspor”la üz-üzə
gəlib.
Trend xəbər verir
ki, “Yeni Adana” arenasında keçirilən qarşılaşma İstanbul klubunun
2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Qolları Kərəm
Aktürkoğlu və Con Duran vurublar.
Bu nəticə ilə “Fənərbağça” Superkubok finalında “Qalatasaray”ın
rəqibi olub. İstanbul derbisi yanvarın 10-da Atatürk Olimpiya
Stadionunda oynanılacaq.

