Çexiyada hepatit A-dan ölüm halları kəskin artıb

Baş səhifə

Bakı. Trend:

Çexiyada 2025-ci ildə hepatit A virusu 36 nəfərin ölümünə səbəb
olub.

Trend “Czech
Radio”ya istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Səhiyyə
İnstitutunun hesabatında yer alıb.

Bildirilib ki, hepatit A-dan ölənlərdən 30-u kişi, altısı isə
yaşı 35-dən 82-yə qədər olan qadınlardır. 2025-ci il ərzində ölkə
üzrə hepatit A-ya yoluxanların ümumi sayı 3255 nəfər təşkil
edib.




Müqayisə üçün qeyd olunub ki, 2024-cü ildə Çexiyada hepatit
A-dan cəmi iki ölüm halı qeydə alınıb.

Məlumata görə, hepatit A virusu yoluxmaya davamlıdır və
inkubasiya dövrü 50 günə qədər davam edə bilər. Xəstəlik əksər
hallarda simptomlar olmadan keçir və yalnız həkim tərəfindən təyin
olunan laborator testlər vasitəsilə aşkar edilir.