
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti
Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer
çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət
Bəyannaməsini imzalayıblar.
Trend “Ukrinform”a
istinadən xəbər verir ki, sənəd çərşənbə axşamı Parisdə “İstəklilər
koalisiyası”nın sammitindən sonra imzalanıb.
Məlumatda bildirilib ki, Ukrayna, Fransa və Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı arasında Ukraynanın
müdafiəsini, yenidən qurulmasını və strateji dayanıqlığını
dəstəkləmək məqsədilə çoxmillətli qüvvələrin yerləşdirilməsinə dair
Niyyət Bəyannaməsi qəbul olunub.
Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, müharibə
başa çatdıqdan sonra Ukrayna ordusunun şəxsi heyətinin sayı 700 min
nəfərə çatacaq və Qərb tərəfdaşları bu prosesə dəstək verməyi
öhdələrinə götürüblər.
O, həmçinin qeyd edib ki, atəşkəs rejiminə əməl olunmasına
nəzarət etmək üçün “İstəklilər koalisiyası”na daxil olan xarici
qüvvələr Ukrayna ərazisində quruda, havada və dənizdə
yerləşdiriləcək.


