Bakı. Trend:
ABŞ Avropadakı altı hərbi bazada təxminən 100 ədəd
modernləşdirilmiş B61 taktiki nüvə bombası yerləşdirib. Söhbət
B61-12 versiyasından gedir.
Trend xəbər verir
ki, bu ABŞ Nüvə Alimləri Federasiyasının məlumatlarında əks
olunub.
Məlumata görə, Avropada yerləşdirilən nüvə silahlarını “F-35A”,
“F-15E”, “F-16” və “Tornado” tipli taktiki qırıcılar daşımaq
imkanına malikdir.
Qeyd olunur ki, B61-12 bombaları əvvəlki versiyalarla müqayisədə
daha aşağı partlayış gücünə malikdir və bu göstərici 0,3–50 kiloton
arasında dəyişir. Bununla yanaşı, yeni versiya daha dəqiq və
idarəolunandır. Bu xüsusiyyətlər bombanın paraşütlə atılması
əvəzinə yüksək hündürlükdə uçan təyyarədən buraxılmasına imkan
verir.

