
“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri yanvarın 12-də Vaşinqtonda nadir metalların tədarükünü müzakirə edəcəklər.
“Report” xəbər verir ki, bunu “Reuters” agentliyinə mənbələr bildiriblər.
Məlumata görə, müzakirə mövzuları arasında nadir torpaq metalları üçün minimum qiymətlərin müəyyənləşdirilməsi və kritik minerallarla bağlı digər məsələlər də olacaq.
Minimum qiymətlərlə bağlı müzakirə ötən ildən başlayıb. Məqsəd Çindən kənarda kritik minerallara sərmayəni iqtisadi cəhətdən sərfəli etməkdir. ABŞ ötən il ölkə daxilində nadir torpaq metallarının tədarükü üzrə müqavilədə minimum qiyməti ilk dəfə müəyyənləşdirən dövlət olub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


