Belarus milli komandasının yeni baş məşqçisi müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Belarus milli komandasının yeni baş məşqçisi
müəyyənləşib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, yığmanı Viktor Qonçarenko çalışdıracaq. 48 yaşlı
mütəxəssislə 2029-cu ilin sonuna kimi nəzərdə tutulan müqavilə
imzalanıb.

Qeyd edək ki, Viktor Qonçarenkonun iş yeri Rusiyanın “Nijni
Novqorod” klubu olub.