Əfqanıstanda “cadugərlər” mühakimə olunacaq

Baş səhifə

Bakı.Trend:

Əfqanıstanda uzun illər şəriət qaydalarını pozduğu və
“cadugərliklə” məşğul olduqları iddia olunan iki qadın
saxlanılıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Xeyirin Təşviqi və
Şərin qarşısının alınması nazirliyinin mətbuat xidməti məlumat
yayıb.

“Paktika əyalətinin Barmal qəsəbəsində uzun illər kişi
qiyafəsində, kişi saç düzümündə olaraq, şəriətə zidd olan
cadugərlik fəaliyyəti ilə məşğul olan iki qadın saxlanılıb”, –
məlumatda qeyd olunur.




Məlumata görə, qadınlar yerli əhalinin şikayətləri əsasında
saxlanılıblar. Saxlanılan şübhəlilərin evlərindən cadugərliklə
baxlı kitablar və müvafiq ləvazimatlar aşkarlanıb.

İlkin istintaqdan sonra təqsirləndirilən şəxslər məhkəmə
orqanlarına təhvil verilib və onların işlərinə şəriət qanunlarına
uyğun şəkildə baxılacaq. İslam hüququnda cadugərlik və falçılıq
ağır günahlardan biri hesab olunur.