
Bakı. Trend:
Uşaq yeməkləri istehsal edən “Nestle” şirkəti bəzi uşaq
yeməklərini geri çağırıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, məhsullarda qida zəhərlənməsi riski
olan toksin təhlükəsi aşkarlandığı üçün bir çox uşaq yeməkləri geri
çağırılıb.
İrlandiya Qida Standartları Agentliyi (FSAI) açıqlamasında
təsirlənmiş partiyalarda serulid toksini ola biləcəyi ehtimal
olunur. Bu toksin isə uşaqlarda ürəkbulanma və şiddətli qusmaya
səbəb ola bilir.
“Sereulid toksini qidada əvvəlcədən əmələ gələ bilər və son dərəcə
istiyə davamlıdır. Sereulid toksini olan qidaların istehlakı
simptomlara, o cümlədən ürəkbulanma və şiddətli qusmaya səbəb ola
bilər. Simptomlar adətən beş saat ərzində özünü göstərir və
xəstəliyin müddəti altı ilə 24 saat arasında dəyişir.”
Agentlik valideynlər, qəyyumlar və baxıcılara geri çağırılan
məhsulları körpələrə və ya azyaşlı uşaqlara verməməyi tövsiyə
edib.
“Nestle” şirkəti isə müştərilərdən üzr istəsə də, indiyə qədər
hər hansı bir əlaqəli xəstəlik barədə təsdiqlənmiş məlumat
olmadığını açıqlayıb. Problemin, təchizat problemi ilə bağlı olduğu
bildirilib.
Geri çağırılan uşaq qidaları bunlardır:
SMA Advanced First Infant Milk
SMA Advanced Follow-On Milk
SMA Anti Reflux
SMA Alfamino
SMA First Infant Milk
SMA Little Steps First Infant Milk
SMA Comfort
SMA Laktozasız


