Türkiyədə əcnəbinin mədəsindən yarım kiloya yaxın metamfetamin çıxıb

Baş səhifə

Bakı. Trend:

Türkiyədə Batman Respublika Baş Prokurorluğunun koordinasiyası
ilə İl Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin
əməkdaşları tərəfindən aparılan tədbirlər çərçivəsində şəhər
girişində şəhərlərarası sərnişin avtobusu saxlanılaraq yoxlama
aparılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, davranışları şübhəli hesab edilən xarici vətəndaş
olan sərnişinin Batman Təhsil və Araşdırma Xəstəxanasında keçirilən
tibbi müayinəsi zamanı mədəsində narkotik maddə olduğu müəyyən
edilib.




Udmaq yolu ilə qəbul etdiyi müəyyən edilən 64 hissə şəklində
ümumilikdə 472 qram metamfetamin təbii yollarla çıxarılıb.

Prosedurlar tamamlandıqdan sonra məhkəməyə təqdim edilən şübhəli
barəsində həbs qətimkan tədbiri seçilib.