Azərbaycanlı futbolçu karyerasını Albaniyada davam etdirəcək

Baş səhifə
Azərbaycanlı futbolçu karyerasını Albaniyada davam etdirəcək

Azərbaycanın I Liqa klubu “Difai”nin futbolçusu Bayraməli Qurbanov karyerasını Albaniyada davam etdirəcək.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən bildirilib.

23 yaşlı hücumçu Albaniyanın II Liqa təmsilçisi “Beselidya” ilə anlaşıb.

Qeyd edək ki, “Beselidya” 10 turdan sonra Albaniya çempionatının turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb.