
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ötən il dekabrın 29-da 35 milyon manat kredit cəlb edib.
“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, kredit bankdan illik 7,25 %-lə, ABŞ dollarında ifadə edilməklə və qurumun aktivləri ilə təmin olunmaqla əldə olunub.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

