Maduronun oğlu atasının ABŞ tərəfindən tutulmasına münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

Nikolas Maduronun oğlu Qerra Maduro atasının Amerikalı
xüsusitəyinatlılar tərəfindən tutularaq ABŞ-yə aparılmasından sonra
ilk dəfə ictimaiyyət qarşısında bəyanatla çıxış edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Ata, sən ailəmizin hər bir üzvünü güclü insana çevirmisən. Biz
də sən geri qayıdana kimi öz borcumuzu yerinə yetirəcəyik. Vətən
etibarlı əllərdədir, ata. Tezliklə bir-birimizə qucaq açacağıq –
Venesuelada”, -deyə o bildirib.




Qeyd edək ki, 2026-cı il yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya
hücum edərək prezident Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə
saxlayıblar. Yanvarın 5-də Maduronun narkokartelin yaradılması ilə
bağlı cinayətlər üzrə məhkəmə prosesi başlanıb. Bununla belə, işin
mahiyyəti üzrə baxılmasına ən tezi 2027-ci ildə baxılacaq.

Venesuelanın müvəqqəti prezidenti vəzifəsinə vitse-prezident
Delsi Rodriges təyin edilib. Tramp Rodrigesi xəbərdar edib ki,
düzgün qərarlar qəbul etmədiyi təqdirdə o, bunun “çox ağır
bədəlini” ödəyəcək. Rodriges isə öz növbəsində Trampı sülhə və
dialoqa çağırıb.