
Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən edən “Araz-Naxçıvan” qış fasiləsində ilk transferini reallaşdırıb.
Bu barədə “Report”a Naxçıvan təmailçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Klub Jean Karlosla 5+10 aylıq müqavilə imzalayıb. Futzalçı özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə mayda yenidən müqavilə müddəti uzadılacaq.
J.Karlosun son klubu Polşa təmsilçisi “Darkomp” olub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

