ABŞ-nin Venesuealaya qarşı çoxlu təzyiq rıçaqları var – Ağ Ev

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatların sərəncamında Venesuala hökumətinə
təzyiq göstərmək üçün çoxlu rıçaqları var.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn
Livit “Fox News” telekanalının efirində bildirib.

O, ABŞ dövlət katibi Marko Rubionun Bolivar respublikasının
hökuməti ilə mütəmadi olaraq yazışdığını diqqətə çatdırıb.




Xatırladaq ki, yanvarın 3-də ABŞ Prezidenti Donald Tramp
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq
ölkələrindən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun
lideri Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata
keçirib.

Yanvarın 5-də isə Maduro ilk dəfə olaraq ABŞ məhkəməsinə
(Manhetten Federal məhkəməsi) çıxarılıb və ona qarşı ittihamlar
səsləndirilib.