İsrail Livana silsilə zərbələr endirib

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) gecə saatlarında Livanın müxtəlif
ərazilərinə aviazərbələrin endirildiyini təsdiqləyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

IDF mətbuat xidmətinin məlumatına əsasən, aviareydlərdə başlıca
olaraq HƏMAS və Hizbullah qruplaşmaları tərəfindən istifadə olunan
infstruktur hədəfə alınıb.




IDF vurulan obyektlərin mülki ərazilərdə yerləşdiyini
təsdiqləyərək, terrorçu qruplaşmaların əhalidən canlı sipər kimi
istifadə etmək strategiyasına diqqət çəkib.

Məlumata görə, aviazərbələrdən əvvəl yerli əhaliyə təxliyə ilə
bağlı xəbərdarlıq edilib.