Dünya yeni qarşıdurmalar dövrünə qədəm qoyub – Pentaqon rəhbəri

Baş səhifə

Bakı. Trend:

Hazırda dünya supergüclər arasında yeni qarşıdurma dövrünə qədəm
qoyub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri
(Müdafiə Nazirliyinin rəsmi adı Müharibə Nazirliyinə dəyişdirilib –
red) Pit Heqset Virciniya ştatında yerləşən gəmiqayırma zavodunda
gəmi inşaçıları qarşısında çıxışı zamanı bildirib.

“Biz supergüclər arasında yeni qarşıdurma dövründəyik”, – deyə o
vurğulayıb.




Pentaqonun rəhbəri həmçinin ABŞ Müdafiə Nazirliyinin Müharibə
Nazirliyi adlandırılması məsələsinə də toxunub. Heqset əmin edir
ki, bu addım ABŞ-nin münaqişələrdə iştirak etmək istəyi ilə bağlı
deyil.

Onun sözlərinə görə, ABŞ heç də müharibə axtarmır, lakin sülhü
təmin etmək üçün müharibəni cilovlamağa hazır olmaq və zərurət
yarandıqda onu qazanmaq qabiliyyətinə malik olmaq lazımdır.