“Hyundai” insanabənzər robotların istifadəsinə başlayır

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyanın avtomobil nəhəngi “Hyundai Motor Group” 2028-ci
ildən etibarən dünya üzrə fabriklərində insanabənzər robotlardan
istifadə etməyə başlayacağını açıqlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Las-Veqasda keçirilən İstehlak
Elektronikası Sərgisində (CES) “Boston Dynamics” tərəfindən
hazırlanmış “Atlas” adlı robot təqdim olunub.




“Hyundai” “Atlas”-ı ABŞ-nin Corciya ştatındakı zavod da daxil
olmaqla, qlobal istehsal şəbəkəsinin bütün hissələrinə inteqrasiya
etməyi planlaşdırır. Şirkət rəsmiləri bildiriblər ki, robotlar
ilkin mərhələdə fiziki baxımdan çətin və təhlükəli işləri yerinə
yetirəcək, zamanla isə daha mürəkkəb tapşırıqlarda insanların
yanında çalışacaqlar.

“Hyundai”ın vitse-prezidenti Çaehoon Çanq robotların insanların
iş yerlərini əlindən alacağı ilə bağlı narahatlıqlara toxunub. O
qeyd edib ki, robotların təlimi və idarə olunması kimi sahələrdə
hələ də insan əməyinə ehtiyac olacaq.