“Mançester Siti”nin müdafiəçisi əməliyyat olunacaq

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol “Çelsi” ilə
matçda ayağını sındırıb. Xorvatiyalı futbolçu APL-in 20-ci turu
çərçivəsində keçirilən oyunun (1:1) 51-ci dəqiqəsində
əvəzlənib.

Trend xəbər verir ki,
“şəhərlilər”in mətbuat xidməti Qvardiolun sağ ayağının böyük baldır
sümüyündə sınıq aşkarlan­dığını açıqlayıb. Müdafiəçi bu həftə
əməliyyat olunacaq.




Yoşkonun bərpa müddəti dəqiqləşdirilməyib. Adətən bu cür
zədələrdə sağalma prosesi zədənin ağırlıq dərəcəsindən asılı olaraq
3–6 ay çəkir.