Bakı. Trend:
Çilidəki mədəndə baş verən tətil səbəbindən dünya bazarına mis
tədarükünün azalacağı ilə bağlı artan narahatlıqlar fonunda bazar
ertəsi axşam saatlarında misin qiyməti rekordları yeniləməyə davam
edir.
Trend xəbər verir ki, London
Metal Birjasında (LME) mis füçerslərinin qiyməti 4,3% artaraq ilk
dəfə bir ton üçün 13 min dollar həddini keçib.
Ötən il ərzində misin qiyməti 42% artaraq, 2009-cu ildən bəri ən
yüksək artım tempini nümayiş etdirib.

