Ursula fon der Lyayen Suriyaya səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yaxın Şərq
turnesi çərçivəsində bu həftə Suriyaya gedəcək. Bu, hakimiyyət
dəyişikliyindən sonra onun Suriyaya ilk səfəridir.

Trend xəbər verir ki,
Lyayenin Suriyadan sonra İordaniya və Livana da səfər edəcəyi
gözlənilir.




Qeyd edək ki, Avropa İttifaqı ötən ilin martında Brüssel
konfransında Suriyanın humanitar və sosial ehtiyacları üçün 3,4
milyard avro ayırmaq öhdəliyi götürüb.