
Venesuela Prezidenti Nikolas Maduronun vəkili Barri Pollak bildirib ki, onun müvəkkili suveren dövlətin başçısıdır və hüquqi təqibə görə immunitetə malik olmalıdır.
“Report” CNN telekanalına istinadən xəbər verir ki, o bunu Nyu-York ştatı Cənub dairəsi Federal məhkəməsinin iclasında deyib.
Eyni zamanda, telekanal vurğulayıb ki, bu müdafiə arqumenti məhkəmə tərəfindən rədd edilə bilər, çünki ABŞ rəsmi olaraq Venesuela lideri və onun hökumətinin legitimliyini tanımır.
Xatırladaq ki, Pollak “WikiLeaks” saytının qurucusu Culian Assancın vəkili olub. 2024-cü ildə o, Assanc üçün təqsirini etiraf edib həbsdən çıxmasına imkan verən bir sövdələşmə əldə etməyi bacarıb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


