Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib

Baş səhifə
Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib

Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl Baba Prezident Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarının əsassız olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə məlumat “Haber Global”da yayılıb.

“Əhməd Əl Şaraa və bəzi yüksək səviyyəli məmurlara qarşı sui-qəsd iddialar, rəsmi qurumlara məxsus kimi göstərilən saxta açıqlamalar həqiqəti əks etdirmir” , – Nurəddin əl Baba vurğulayıb.