
ABŞ administrasiyası Prezident Donald Trampın tapşırıq verəcəyi təqdirdə Karakasdakı ABŞ səfirliyinin fəaliyyətinin bərpası üçün plan hazırlayır.
APA xəbər verir ki, bu barədə “Associated Press” mənbələrə istinadən məlumat yayıb.
ABŞ Dövlət Departamentinin adı açıqlanmayan bir rəsmisinə istinadən verilən məlumata görə, Karakasdakı ABŞ səfirliyinin yenidən açılması üçün işlər görülür. Lakin məsələ ilə bağlı hələ ki, heç bir rəsmi qərar yoxdur.
Qeyd edək ki, Dövlət Departamenti 2019-cu ilin mart ayının ortalarında ABŞ səfirliyinin işçilərinin Karakasdan çıxarıldığını və səfirliyin bağlandığını elan etmişdi.


