
Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.
Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


