
Bakı. Trend:
Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün
danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı
Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab
edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə
düşməmişik.
Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.
“Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil
olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə
tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü
onlardan təmizləyə bildik”, – deyə dövlətimizin başçısı əlavə
edib.


