Nikolas Maduro ABŞ məhkəməsində özünü təqsirli bilməyib

Baş səhifə

Bakı. Trend:

Nikolas Maduro ABŞ-da federal məhkəmədə ilk dəfə çıxış edərək
ona qarşı irəli sürülən narkotik qaçaqmalçılığı və “narkotik
terrorizmi məqsədilə sui-qəsd” ittihamları üzrə özünü təqsirli
bilmədiyini bəyan edib.

Trend xəbər verir ki,
məhkəmədə çıxışı zamanı Maduro hakimə bildirib: “Mən günahsızam.
Mən layiqli bir insanam və ölkəmin prezidentiyəm.”

Məhkəmə iclasında ABŞ prokurorluğu tərəfindən ittihamların
xülasəsi oxunub. Sözügedən ittihamlar Donald Tramp administrasiyası
dövründə Maduronun həbs edilərək Nyu-Yorka gətirilməsini
əsaslandıran cinayət işinə dayanır.




Maduro ittiham aktını oxumadığını və hüquqları barədə əvvəlcədən
məlumatlandırılmadığını deyib. O, tərcüməçi vasitəsilə bildirib ki,
bu hüquqlardan yalnız məhkəmə zamanı xəbərdar olub.

Maduronun həyat yoldaşı, Venesuelanın birinci xanımı Cilia
Floresə müraciət edərək şəxsiyyətini təsdiqləməsini istəyib. Flores
məhkəmədə özünü Venesuela Respublikasının birinci xanımı kimi
təqdim edib və ona qarşı irəli sürülən ittihamlar üzrə də günahsız
olduğunu bəyan edib: “Günahkar deyiləm.”

Növbəti məhkəmə iclası martın 17-nə təyin edilib.