Yupiter bu həftə Yerə yaxınlaşır

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvarında Günəş sisteminin ən böyük planeti
Yupiter Yerə maksimum yaxınlığa çatacaq. Planet hazırda Əkizlər
bürcündə, Kastor və Polluks ulduzları ilə birlikdə aydın görünür və
gecə səmasında Veneradan sonra ən parlaq obyektə çevrilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, o bu həftə Yerə 633 milyon km
məsafədə olacaq.




Günəş işığının Yupiterdən Yerə çatması təxminən 35 dəqiqə
çəkir.

9 yanvar GMT vaxtı ilə (Qrinviç saatı) saat 20:00-da şərq
səmasında çılpaq gözlə rahatlıqla görünəcək. Sadə durbinlə müşahidə
edildikdə dörd böyük peykini, 10x və daha böyük böyüdücülü
teleskoplarla isə onun bulud qurşaqlarını görmək mümkün olacaq.