
Bakı. Trend:
Avropa zəif və parçalanmış olarsa, hətta müttəfiqləri belə onu
ciddiyə almayacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Polşanın Baş naziri
Donald Tusk çıxış edib.
“Zəif və pərən-pərən olmuş Avropanı heç kim ciddiyə almayacaq.
Nə düşmənlər, nə müttəfiqlər. Bu, artıq aydındır. Biz əvvəl-axır öz
gücümüzə inanmalıyıq, biz silahlanmalıyıq, məhz indi bir olmalıyıq.
Bir nəfər hamı üçün və hamı bir nəfər üçün. Əks təqdirdə axırımız
çatacaq”, – deyə Tusk öz “X” hesabında yazıb.
Qeyd edək ki, Polşanın Baş naziri bunları ABŞ-nin beynəlxalq
arenada son addımlarını – Venesuelaya endirilən zərbələri, eləcə də
Amerika lideri Donald Trampın Vaşinqtonun ərazi iddialarını, o
cümlədən Danimarkanın tərkibinə daxil olan Qrenlandiyaya dair
bəyanatlarını şərh edərkən bildirib.


