
Bakı. Trend:
Türkiyənin beşinci nəsil “F-35” qırıcılarının hazırlanması ilə
bağlı proqramdan kənarlaşdırılması ədalətsizlikdir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, Ankaranın bu proqrama yenidən
qaytarılması NATO bloku üçün mühüm əhəmiyyət daşıyır.
“Türkiyənin F-35 proqramına qayıdışı NATO üçün vacibdir. Türkiyə
bu proqrama yenidən qoşulmalıdır. Türkiyəsiz NATO-nun
təhlükəsizliyi mümkünsüzdür. Rusiyadan hərbi texnika alınmasına
görə Türkiyənin proqramdan çıxarılması ədalətsizlikdir”, – deyə
Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket
komplekslərinin tədarükünə dair müqavilənin bağlanmasından sonra
Ankara ABŞ-nin F-35 qırıcılarının hazırlanması proqramından
çıxarılıb.

