
Rusiyanın Amur vilayətində Zabaykalye dəmir yolunun Gonja-Gudaçi yolunda yük qatarının 35 vaqonu relsdən çıxıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin baş idarəsi məlumat verib.
“Yanvarın 5-də Maqadaçinski bələdiyyə dairəsində Zabaykalye dəmir yolunun Gonja-Gudaçi yolunda yük qatarının 35 vaqonu relsdən çıxıb. Dəmir yolu infrastrukturuna ziyan dəyib. Ekologiyaya təhlükə yaranmayıb”, – məlumatda bildirilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

