
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “Mançester Siti” ilə 1-1 hesablı heç-heçəni və baş məşqçi Enzo Mareskanın istefasını şərh edib.
“Report”un məlumatına görə, Fernandes həftənin komanda üçün çətin keçdiyini qeyd edib.
“Amma indi komandanın oyunundan məmnunuq. Enzo Mareskanın qovulmasına gəlincə, bu, bizim üçün çətin andır. O, əla mütəxəssisdir və bunun baş verməsinə həqiqətən təəssüf edirəm. Amma futbolda belə şeylər olur və irəliyə getməliyik”, – “Sky Sports” oyunçunun sözlərini sitat gətirir.
Qeyd edək ki, Enzo Fernandes “Çelsi”nin “Mançester Siti”yə qarşı xilas qolunu vurub. Argentinalı yarımmüdafiəçi əlavə vaxtda qol vuraraq komanda yoldaşının ötürməsini dəqiq yerinə yetirib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


