Bakı. Trend:
Berlinin (Almaniya) cənub-qərbində bir neçə rayonda kabellərin
yandırılması nəticəsində əhali işıqsız qalıb.
Trend xəbər verir
ki, bu səbəbdən şəhərdə fövqəladə vəziyyət elan edilib.
Şəhər Senatının qəbul etdiyi qərara görə, fövqəladə vəziyyət
ordu, federal polis və humanitar təşkilatların zərərçəkənlərə
dərhal yardım göstərməsinə imkan verir.
Məlumata görə, Berlində təxminən 50 min ev və 2 min pərakəndə
satış məntəqəsi elektrik enerjisiz qalıb.

